Meyit, arxiv şəkli

Sumqayıtda 77 yaşlı qocanı öldürdülər

18
(Yenilənib 13:50 20.07.2020)
Psixi xəstəlikdən əziyyət çəkən Aydın Rzayev mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürüb

BAKI, 20 iyul — Sputnik. İyulun 19-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Sumqayıt Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

18
Qandal, arxiv şəkli

Ölkədə müharibədir, üç qardaş isə...

53
Oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıb

BAKI, 31 oktyabr — Sputnik. Bakıda oğurluq edənlər ələ keçib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan ümumilikdə 300 manat pul, 600 manat dəyərində kosmetik əşyalar və 4000 manat dəyərində spirtli içki, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

53
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir

20
Səhiyyə nazirinin sözlərinə əsasən, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub.

İzmirdə məktəblər bir həftəlik bağlanıb.

20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib

0
(Yenilənib 22:19 31.10.2020)
Ərdoğan təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

BAKI, 31 oktyabr - Sputnik. Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün Seferhisar rayonuna gedərkən bildirib. 

O qeyd edib ki, yaralılardan 667-si evə buraxılıb, 218-nin isə müalicəsi davam edir. Dağıntılar altında qalan 103 nəfər xilas edilib.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının ödənməsi üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

0
Teqlər:
İzmir şəhəri, İzmir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev