Minaatandan atəş, arxiv şəkli

Cəbhədə döyüşlər davam edir, Azərbaycan Ordusunun baş leytenantı şəhid olub

625
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

BAKI, 13 iyul — Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir", - Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

625
COVID-19 infeksiyasına yoluxmuş şəxs təcili yardım avtomobilinə yerləşdirilir

COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO

4
(Yenilənib 14:15 14.08.2020)
Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar

BAKI, 14 avqust — Sputnik. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər həbs ediliblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs Elvin Ağayev

Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Qaydanı ikinci dəfə pozan COVID xəstəsini bu dəfə evə buraxmadılar
Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları
Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı
İcazəsiz Qusara istirahətə gələn 18 nəfər cərimələnib
Əldə bıçaq, arxiv şəkli

Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər

5
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 14 avqust — Sputnik. Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

5
Əlaqədar
Şəmkirdə qohumlar arasında dava - ölən var
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var
İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü