CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldılar - VİDEO

© Sputnik / Stringer / Mediabanka keçidПолиция Украины, фото из архива
Полиция Украины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

BAKI, 7 iyul — Sputnik. Kriminal aləmdə "Lotu Quli" ləqəb ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən ediliblər.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq niyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdiriblər. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq, sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaşadıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb", - məlumatda bildirilib.

Xəbər lenti
0