Dövlət sərhədi, arxiv şəkli

Dövlət sərhədində atışma: ölən var

104
(Yenilənib 09:51 30.06.2020)
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir

BAKI, 30 iyun — Sputnik. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a DSX-dən məlumat verilib.

Bildirilib ki, tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Qeyd olunub ki, həmin gün saat 23:50 radələrində DSX-nin Sərhəd Qo­şunlarının "Horadiz" sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­ub.

Sərhəd pozucularının silahlı olmaları, üzərilə­rində 2 ədəd kisədə yük olması müşahidə edilib. Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər. Sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb. Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

104
Əlaqədar
Heç bir mövqeyimiz ələ keçirilməyib - DSX
Azərbaycan-İran sərhədində atışma: ölən var
Böyük əməliyyat: İrandan Azərbaycana narkotik gətirən dəstə zərərsizləşdirilib
Kür çayı, arxiv şəkli

Zərdabda dəhşət: Eyni anda 3 nəfər suda batdı

18
(Yenilənib 21:40 09.07.2020)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

BAKI, 9 iyul – Sputnik. Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

18
Məmur, arxiv şəkli

Vəzifəli şəxslərə qarşı əməliyyat - Kənd Təsərrüfatı Nazirliyi istəyib

10
(Yenilənib 17:31 09.07.2020)
Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edirlər.

BAKI, 9 iyul — Sputnik. "Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

"Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edirlər. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir. Təfərrüatla bağlı birgə məlumat yayılacaq", - deyə nazirliyin rəsmisi bildirib.

10
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0