Sınmış avtomobil şüşəsi, arxiv şəkli

Göygöldə ağır qəza: Ölən yaralananlar var

29
(Yenilənib 22:08 23.06.2020)
"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

BAKI, 23 iyun – Sputnik. Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.

Yol qəzasına düşənlər bir ailənin üzvləridir. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

29
Əlində bıçaq gizlədən kişi, arxiv şəkli

Ruhi xəstə yatmış kişi atasını bıçaqlayaraq öldürüb

13
(Yenilənib 20:08 14.08.2020)
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

BAKI, 14 avqust — Sputnik. Bərdə rayon sakini Əkbər Mustafayevin qəsdən öldürülməsi faktına dair cinayət işi məhkəməyə göndərilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, 19 mart 2020-ci il tarixdə Bərdə rayon sakini, 1936-cı il təvəllüdlü Əkbər Mustafayevin köməksiz vəziyyətdə olarkən bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə Bərdə rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin oğlu, xroniki psixi xəstəlikdən əziyyət çəkən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin aralarında ailə-məişət zəminində yaranan mübahisə nəticəsində yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olmaqla yatmış atası Əkbər Mustafayevə bıçaq xəsarəti yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Namiq Mustafayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb

11 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

13
Əlaqədar
Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər
İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü
Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var
Bakıda polisi bıçaqladılar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Kəndir, arxiv şəkli

Ayrılıq ölümə səbəb oldu

62
(Yenilənib 16:45 14.08.2020)
Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izləri aşkarlanmayıb

BAKI, 14 avqust — Sputnik. Son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib: "Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmayıb, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanıb".

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

62
Polis postu, arxiv şəkli

Paytaxtdan rayona gedənlər orada xəstəliyi artırıblar

0
Hacıyev bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

BAKI, 15 avqust — Sputnik. "Rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Lakin hələlik bu haqda qərar vermək erkən olardı. Bir çox məqamlar xırdalığına qədər, elmi nöqtəyi-nəzərdən də araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

 

0