CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyranbatanın ətrafı yenə yanır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidПолевые пожары, фото из архива
Полевые пожары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 11-də də su anbarının ətrafında quru ot yanmağa başlamış, söndürülməsi üçün iki helikopter cəlb edilsə də ancaq sabahı gün FHN buna nail ola bilmişdi

BAKI, 14 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Qeyd edək ki, iyunun 11-də də su anbarının ətrafında quru ot yanmağa başlamış, söndürülməsi üçün iki helikopter cəlb edilsə də ancaq sabahı gün FHN buna nail ola bilmişdi.

Xəbər lenti
0