CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Torpaq yolla Bakıdan qaçanların hamısı niyyətinə çatmayıb - VİDEO

© AR Ministry of Internal AffairsПост между районами, фото из архива
Пост между районами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 13-də paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər

BAKI, 14 iyun — Sputnik. Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

Onun sözlərinə görə, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər: “Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb".

Xəbər lenti
0