İldırım, arxiv şəkli

Bərdədə meşəyə ildırım düşdü Qoyunlar tələf oldu

87
(Yenilənib 18:50 13.06.2020)
İdırım Bərdə rayonunun Məmmədli kəndi ərazisindəki Oğlanbaba meşəsinə düşüb. Nəticədə irigövdəli  ağacın bir hissəsi qopub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 13 iyun – Sputnik. Bərdənin Oğlanbaba meşəsinə ildırım düşüb

Ötən gün Bərdə rayonunun ərazisində ildırım vurması hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, ildırım Bərdə rayonunun Məmmədli kəndi ərazisindəki Oğlanbaba meşəsinə düşüb. Nəticədə irigövdəli  ağacın bir hissəsi qopub.

Onu da qeyd edək ki, hadisə vaxtı kənd sakini Ədalət Camalovun təsərrüfatına da ziyan dəyib. Onun ağacın dibində olan iki qoyunu ildırım vurması nəticəsində tələf olub.

87
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

123
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

123
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

15
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

15
Qadın yatır, arxiv şəkli

Yatmaq üçün necə yataq seçmək lazımdır?

0
(Yenilənib 20:13 26.09.2020)
Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

BAKI, 26 sentyabr — Sputnik. Bəziləri sərt yerdə yatmağın faydalı olduğunu hesab edir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sərt yerlərdə yalnız ciddi onurğa xəsarətlərindən sonra və həkimin tövsiyəsi ilə yatmaq məsləhət görülür.

Bu barədə danışan həkim Stanislav Unmut bildirib ki, sərt yataq osteoxondroz və spondiloz xəstələri üçün təhlükəlidir.

Ancaq yatmaq üçün ən yumşaq yatağı da seçmək olmaz. Bu, onurğa əyriliyinə səbəb ola bilər. Bir neçə hissədən ibarət divanda yatmaq da sağlamlıq üçün təhlükəlidir.

Mütəxəssisin fikrincə, onurğa xəstəlikləri olan insanlar və bu cür xəstəliklərdən əziyyət çəkməyənlər üçün ən yaxşı seçim yarı sərt ortopedik döşəkdir: "Almazdan əvvəl bir neçə dəqiqə üstündə uzanın. Hər zaman müstəqil yayları olan döşək seçin. Bu, döşəyin bədənin hər hərəkətinə uyğunlaşmasına kömək edəcək".

0