Qəzanın nəticəsi, arxiv şəkli

Mingəçevirdə avtomobil 6 nəfəri vurub, bir nəfər ölüb

14
(Yenilənib 13:45 13.06.2020)
Mingəçevir şəhəri ərazisində T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib

BAKI, 13 iyun – Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölmüş, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

14
Вице-премьер Узбекистана Уктам Барноев

Özbəkistan baş nazirinin müavini koronavirusdan həyatını itirib

9
(Yenilənib 15:05 20.09.2020)
Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.

BAKI, 20 sentyabr - Sputnik. Özbəkistanın baş nazirinin müavini Uktam Barnoyev COVID-19-dan vəfat edib. Bu barədə Sputnik Özbəkistan xəbər verir.

Barnoyevdə koronavirus iyul ayının sonlarında aşkar edilmişdi. O, Daşkənddəki özəl klinikalardan birində müalicəsinə başlamış, sonra isə müalicəni Almaniyada davam etdirmişdi.

Uktam Barnoyevin 56 yaşı var idi.

Özbəkistanda artıq üçüncü rəsmi şəxs koronavirusdan vəfat edir. Qaraqalpaq Müxtariyyətinin parlamentinin sədri Musa Ərniyazov və Özbəkistan maliyyə nazirinin müavini Erkin Tursunov da COVID-19-dan vəfat ediblər.

Ümumilikdə Özbəkistanda koronavirusdan 429 nəfər ölüb.

9
Bakıda buludlu hava

Sabaha olan hava proqnozu açıqlandı

14
(Yenilənib 13:23 20.09.2020)
Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz  olacaq. 

Sentyabrın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz  15-18 dərəcə  isti olacaq.  

14
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

0
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

0
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub