Bıçaq əlində kişi, arxiv şəkil

“İgid” kürəkən: Qayınatasını da, qaynını da qanına buladı

15
(Yenilənib 10:15 13.06.2020)
Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKI, 13 iyun – Sputnik. Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Niyazov Zaur Nuhbala oğlu ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Qəhrəmanov Əhliman Şəkər oğlunu və qayını, 1990-cı il təvəllüdlü Qəhrəmanov Nurlan Əhliman oğlunu bıçaqlayıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

15
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

27
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

27
Erməni əsgərlərinin dəbilqələri

Ermənistan öldürülmüş əsgərlərinin daha bir SİYAHISINI açıqladı 28 yeni ad

0
(Yenilənib 15:22 28.09.2020)
Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

BAKI, 28 sentyabr — Sputnik. Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdə Ermənistan tərəfi xeyli itki verib.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın əlavə 28 əsgəri həlak olub. Hazırda Ermənistan hərbçiləri arasında qurbanların sayı 59 nəfərdir.

Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

Həlak olanlar arasında 2000-2002-ci il təvəllüdlü əsgərlər çoxluq təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

0