Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanda millət vəkilinin yaxın qohumu koronavirusdan öldü

209
"Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur"

BAKI, 6 iyun — Sputnik. Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bu barədə deputatın özü məlumat verib.

Millət vəkili Aydın Mirzəzadə
© Photo : REPORT
Millət vəkili Aydın Mirzəzadə

Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboydakı xəstəxanalardan birinə yerləşdirmişdilər. İki gün süni nəfəs aparatında saxlasalar da, həkimlər əmim qızının həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".

209
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (316)
Əlaqədar
Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Bu sərtləşmədən kim uduzdu, kim uddu - Peşmanı olmasa da, qalibi bilinir
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Koronavirusa yoluxanların sayı durmadan artır
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

20
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

20
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

54
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

54
Ermənistan ordusuna məxsus PUA

Azərbaycan Ermənistanın kəşfiyyat qurğusunu məhv etdi

0
(Yenilənib 17:58 26.10.2020)
Bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinə məxsus kəşfiyyat kvadrokopteri məhv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. 

"Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - MN-in məlumatında deyilir. 

0