Avtomobil qəzası, arxiv şəkli

Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü

35
(Yenilənib 12:15 24.05.2020)
Ağdaşda qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib

BAKI, 24 may — Sputnik. Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227-ci km-də, rayonun Xosrov kənd ərazisinidə qeydə alınıb.

Rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

35
Əlaqədar
Şəkidə qəza: Avtomobil körpüdən qaz xəttinin üstünə aşdı
Bakıda qəza baş verdi, yol bağlandı
Lənkəranda qorxunc qəza – Hadisə yerindən VİDEO
 Xəstəxana, arxiv şəkli

Baldızını elə silahla vurdu ki, heç kim baş aça bilmədi

16
(Yenilənib 19:07 10.07.2020)
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 10 iyul — Sputnik. İyulun 09-da saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Sputnik Azərbaycan Sumqayıt Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı, 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

16
Əlaqədar
On altı yaşlı yeniyetmə 23 yaşlı gənci qətlə yetirib
Qəbələdəki qardaş qətlinin bəzi təfərrüatı bəlli oldu
Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər
Rusiyada qətlə yetirilən azərbaycanlı tələbənin qatili saxlanıldı
Bıçağı təqdim edərək, qətli etiraf etdi...
Qandal, arxiv şəkli

XİN-in üç məsul şəxsi həbs edildi - rüşvətə görə

17
Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 10 iyul — Sputnik. Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilb.

DTX-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

17
Əlaqədar
XİN-də həbs edilənlərdən biri məşhur müğənnimizin atası imiş - FOTO
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir
DTX Xarici İşlər Nazirliyinə kim üçün getmişdi? - VİDEO
Sərhəd Xidmətinin 6 yüksək rütbəli zabiti həbs edildi
Ağstafa polisində kütləvi təmizləmə - Rəhbər heyət işdən çıxarıldı
İranda epdimioloji vəziyyət

İran bərbad durumda: ölənlər azalsa da, yoluxanların sayı artıb

0
(Yenilənib 22:34 10.07.2020)
Dünən İranda bir sutka ərzində 2079 nəfərdə virus aşkarlanmış, 221 nəfər COVID-19-dan dünyasını dəyişmişdi. Bu gün isə daha 142 nəfər ölüb. Amma yoluxma sayında artım var

BAKI, 10 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2262 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2262 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 252720-yə çatıb. Bir gün ərzində 142 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12447-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 252720 şəxsdən 215500 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Koronavirusa qarşı yeni dərmanlar tapıldı
ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər