Bakıda xəbərdaredici nişan, arxiv şəkli

Xətti təmir edənə mane oldular - indi 100 ailə qazsız oturub

18
(Yenilənib 18:48 22.05.2020)
Qeyri-qanuni yeri dəyişdirilən qaz xəttini bərpa edən zaman "Azeriqaz" İstehsalat Birliyinin əməkdaşlarına maneə yaradılıb

BAKI, 22 may — Sputnik. Mayın 22-də günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır. Belə hallar aşkarlandıqca ləğv olunacaq və müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək.

18
Biznesmen, arxiv şəkli

Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş

4
(Yenilənib 19:04 02.06.2020)
Z.Məmmədov aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, sonradan həmin pul vəsaitini təkrarən leqallaşdırıb

BAKI, 2 iyun — Sputnik. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

4
Əlaqədar
Belə faciəni heç adaşı Şekspir də təsəvvür edə bilməzdi
Bu gün otuz bir azərbaycanlı sevinir
Korrupsiya təhqiqatı: Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"
Yaba, arxiv şəkli

Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi

106
(Yenilənib 16:29 02.06.2020)
Samuxda koronavirusa yoluxan qadın ərinin etirazlarına rəğmən, xüsusi karantin xəstəxanasına yerləşdirilib

BAKI, 2 iyun — Sputnik. Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.

Sputnik Azərbaycan APA-ya istinadın bildirir ki, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi xəstəxanaya yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik və müqavimət göstərərək əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadınını əri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

106
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Maska taxmayanlara agentlikdən "sürpriz"
Daha bir antirekord - Koronavirusdan bir gündə 5 nəfər ölüb
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
On beş ağır xəstəyə 21 dəfə plazma köçürüldü
Avtobusda maska taxmış şəxs, arxiv şəkli

Avtobuslarda "dədə-baba" üsulunu iyunun 15-dək götürə bilərlər

0
(Yenilənib 19:27 02.06.2020)
"Əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bu gündən tibbi maska taxmayan vətəndaşlar cərimə olunacaqlar. Tibbi maskanın istifadə edilməsi məcburi olan yerlərdən biri də ictimai nəqliyyatdır. Havaların isindiyini, üstəlik tibbi maskadan istifadənin avtobuslarda məcburi olduğunu nəzərə alsaq, bu, yay aylarında sərnişinlər üçün müəyyən çətinliklər yaradacaq. Bəs görəsən, tibbi maskadan avtobuslarda istifadə məcburi olduğu halda kondisioner sistemi vaxtından əvvəl işə salına bilərmi?

Sputnik Azərbaycan-ın bu sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman, yəni 15 iyundan etibarən işə salınır. Amma buna qədər havanın temperatur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir havalar sərin keçir. Belə olan halda pencərələri açıq saxlamaqla havalandırmanı təmin etmək mümkündür. Həmçinin, əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa, işə salınacaq".

0
Əlaqədar
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib
Sükan arxasında siqaret çəkən avtobus sürücülərinin sayı açıqlandı
"Daewoo" avtobuslarını xətdən çıxardılar, əvəzinə 12 metrlik işləyəcək
Maska taxmayanlara agentlikdən "sürpriz"
Bakıda ekspress marşrutlar dayandırılır