Təcili yardım avtomobili, arxiv şəkli

Oğuzda itkin düşmüş uşağı yaxud kim parçalayıb?

68
Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Oğuzda itkin düşən uşağın meyiti tapılıb. Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, hadisə mayın 21-də baş verib. Rayon sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Məmmədli axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. Azyaşlının meyiti parçalanmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, uşaq ayı tərəfindən parçalanıb. Lakin bu hələ tam təsdiqlənmiş versiya deyil. 

Hazırda uşağın meyiti üzərində zorakılıq əlamətlərinin olub-olmadığı və qətl versiyası araşdırılır. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

68
Bakıda yağışlı hava, arxiv şəkli

Sabah Bakıda yağış yağacaq, amma onun altında dayana bilməyəcəyik

9
(Yenilənib 14:24 05.06.2020)
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 5 iyun - Sputnik. Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. 

Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

9
Çay evi, arxiv şəkli

"Kef üstündən keflərini" polis pozdu

9
(Yenilənib 19:17 04.06.2020)
Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunub və onlar ciddi cərimə ediliblər.

BAKI, 4 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkirdə rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilmiş qəlyan avadanlıqlarından istifadə etmələri müəyyən edilib. Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədikləri, tibbi maskalardan istifadə etmədikləri də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

9
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
İnsanlara dərs keçmək istədilər, amma özlərini tutub "dərs" keçdilər
Çayla qəlyan maskanı unutdurdu
Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı
Bəzi kəndlərdə həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər
Əvvəl "qələbə"yə sevinirdilər, tezcə peşman oldular - VİDEO
Femidanın heykəli, arxiv şəkli

Məhkəmələrin fəaliyyətinin monitorinq sistemi təkmilləşdirilir

0
Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanun ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

BAKI, 5 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qüvvədə olan qanuna görə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların da daxil edilməsi təklif edilir.

Başqa sözlə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanun ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

Dəyişiklik səsə qoyularaq ilk oxunuşda qəbul edilib.

0