İnstagram loqosu, arxiv şəkli

"İnstagram"da oğurluq mal satan şəxs saxlanılıb

15
(Yenilənib 22:38 21.05.2020)
O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.

BAKI, 21 may — Sputnik. Sabunçu rayonunda 6 evdən oğurluq edərək əldə etdiyi qiymətli əşyaları "İnstagram" sosial şəbəkəsində satan şəxs saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib. Zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Elşən İsayev

Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini "İnstagram" sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Elşən İsayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

15
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Gəncədə oğul 85 yaşlı anasını döyərək xəstəxanalıq etdi

9
(Yenilənib 17:29 03.06.2020)
Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

BAKI, 3 iyun — Sputnik. Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 

"Report"un məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

9
Biznesmen, arxiv şəkli

Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş

8
(Yenilənib 19:04 02.06.2020)
Z.Məmmədov aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, sonradan həmin pul vəsaitini təkrarən leqallaşdırıb

BAKI, 2 iyun — Sputnik. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

8
Əlaqədar
Belə faciəni heç adaşı Şekspir də təsəvvür edə bilməzdi
Bu gün otuz bir azərbaycanlı sevinir
Korrupsiya təhqiqatı: Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"

TƏBİB: Vəziyyətin belə olacağını gözləmirdik

0
Bayramlı yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib.

BAKI, 3 iyun - Sputnik. “Biz vəziyyətin belə olacağını gözləmirdik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

O, yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib: “Düşünürük ki, bu həftə sonu qəbul ediləcək qərardan sonra əks epidemik nəticələr əldə olunacaq. Qarşıdakı həftələrdə, həftə içi də bu qaydalara əməl etsək, bizi daha ciddi və daha sərt addımlar gözləməz”.

0