Məmur, arxiv şəkli

Beş ilə vətəndaşın 80 min manatı mənimsədi Fondun əməkdaşı tutuldu

12
(Yenilənib 14:37 20.05.2020)
Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

BAKI, 20 may — Sputnik. Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.

12
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Gəncədə oğul 85 yaşlı anasını döyərək xəstəxanalıq etdi

9
(Yenilənib 17:29 03.06.2020)
Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

BAKI, 3 iyun — Sputnik. Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 

"Report"un məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

9
Biznesmen, arxiv şəkli

Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş

8
(Yenilənib 19:04 02.06.2020)
Z.Məmmədov aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, sonradan həmin pul vəsaitini təkrarən leqallaşdırıb

BAKI, 2 iyun — Sputnik. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

8
Əlaqədar
Belə faciəni heç adaşı Şekspir də təsəvvür edə bilməzdi
Bu gün otuz bir azərbaycanlı sevinir
Korrupsiya təhqiqatı: Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"
Məmur, arxiv şəkli

Cümə günlərində saatlarının qısaldılacaq

0
Bayramlı bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır.

BAKI, 3 iyun - Sputnik. "Dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır:

"Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər".

0