Göldə batan adam, arxiv şəkli

Çayda batan 11 yaşlı qızın meyiti tapılıb

19
(Yenilənib 15:57 17.05.2020)
Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən  tapılıb.

BAKI, 17 may — Sputnik. Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən  tapılıb.

A.Məmmədovanın meyiti sudan çıxarılaraq  aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

19
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Gəncədə oğul 85 yaşlı anasını döyərək xəstəxanalıq etdi

9
(Yenilənib 17:29 03.06.2020)
Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

BAKI, 3 iyun — Sputnik. Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib. 

"Report"un məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

9
Biznesmen, arxiv şəkli

Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş

8
(Yenilənib 19:04 02.06.2020)
Z.Məmmədov aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, sonradan həmin pul vəsaitini təkrarən leqallaşdırıb

BAKI, 2 iyun — Sputnik. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

8
Əlaqədar
Belə faciəni heç adaşı Şekspir də təsəvvür edə bilməzdi
Bu gün otuz bir azərbaycanlı sevinir
Korrupsiya təhqiqatı: Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"

Bəzi kəndlərdə həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər

0
Qərargah: Epidemioloji vəziyyətlə əlaqədar ayrı-arı kəndlərdə də həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər.

BAKI, 3 iyun - Sputnik. “Bu dəfə məhdudiyyətlərin tətbiqi birinci klastrda, yəni narıncı sahədə nəzərdə tutulur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri  Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, növbəti həftə ərzində məhdudlaşmaya bütün ölkə ərazisi daxil edilə bilər, bu məsələ müzakirə masası üzərindədir: “Bu, yenə də epidemioloji vəziyyətdən və bölgələrimizdə insanların qaydalara əməl etməsindən asılıdır. Böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərdə vəziyyət narıncı sahənin epidemioloji göstəricilərinə uyğun olsa, həmin kəndlərdə də məhdudiyyət tətbiq olunacaq. Bütöv rayon olmasa da, kəndlərdə həftə sonları çölə çıxmağın tam qadağan olunması tətbiq oluna bilər.

Qeyd edim ki, bir neçə gündür bəzi kəndlərimizə giriş-çıxış dayandırılıb. Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə belə giriş-çıxış dayandırılıb. Beynəlxalq təcrübədə də bundan dəfələrlə istifadə olunub. Orada testi pozitiv çıxan şəxslərin müayinələri aparılıb, müvafiq xəstəxanalara yerləşdirilib. Neqativ olan şəxslər isə müvafiq olaraq karantin rejimində saxlanılırlar”.

0