Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda yeniyetməni avtomobil vurub  

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

BAKI, 16 may - Sputnik. Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində qeydə alınıb.

Belə ki, evlərinin qarşısında oynayan 2006-cı il təvəllüdlü Qəniyev Cavanşir Şıxəli oğlunu avtomobil vurub.

Yeniyetmə təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0