CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zibilin apardığı pullar - iki min beş yüz manatı getdi

© Sputnik / Irade JELILBinəqədidə zibillər yandırılır
Binəqədidə zibillər yandırılır - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

BAKI, 7 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Sputnik Azərbaycan nazirliyə istinadla xəbər verir ki, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub. Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

Xəbər lenti
0