Bıçaq əlində kişi, arxiv şəkil

Qısqanclıq yenə bir ömrü yarıda qoydu

15
(Yenilənib 17:12 30.04.2020)
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 30 aprel — Sputnik. Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

15
Əlaqədar
Şəmkirdə arvadının boğazını kəsərək öldürən kişi tutulub
Bakıda dəhşət: Yol kənarında yandırılmış kişi meyiti tapıldı - FOTO
Ana ilə oğlunu qətlə yetirən kişi ələ keçdi
Şəmkirdə iyirmi beş yaşlı qadın sms-ə qurban getdi
Bərdədə bir ailə başsız qaldı - Bunu edən virusun adı "korona" deyil

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

1
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

1
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

9
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

9
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl