Tapança, arxiv şəkli

Cəbrayıllı kişi Bakıda "döyüşə" gedirmiş - VİDEO

38
(Yenilənib 17:51 30.04.2020)
Onun üzərində şəxsi axtarış aparılan zaman 107 qram narkotik vasitə heroin, 12 qram psixotrop maddə metamfetamin, 1 ədəd "SUR-2608" markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.

BAKI, 30 aprel — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadlla xəbər verir ki, Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Cəbrayıl rayon sakini Şahruq Şavruqov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 107 qram narkotik vasitə heroin, 12 qram psixotrop maddə metamfetamin, 1 ədəd "SUR-2608" markalı tapança və 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şahruq Şavruqovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

38
Əlaqədar
“Əxi”, “Baba” və “Makay” saxlanıldı
"Cəsarətli" sosial şəbəkə istifadəçisi ələ keçdi: utanmadan adını və qiymətini də yazıb
Bakıya narkotik gətirən şəxslər saxlanılıblar
Azərbaycan-İran sərhədində atışma - Ölən var
Onlayn ticarət məfhumunu səhv başa düşən şəxs saxlanılıb
FHN əməkdaşları yanğın yerində, arxiv şəkli

Bakıda yanğın baş verib, bir nəfər ölüb

10
Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

BAKI, 28 noyabr — Sputnik. Bakıda yanğın zamanı bir nəfər ölüb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

10
Teqlər:
Bakı, Bakıda yanğın, yanğın
Məlahət Mürşüdlü, arxiv şəkli

Tanınmış təhsil eksperti vəfat edib

11
Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Mürşüdlü 1992-ci ildə "Təhsil qanunu"nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına töhfələr verib. Məlahət Mürşüdlü 1992-ci ildən 2015-ci ilədək Müsavat partiyasının üzvü olub, Məclis üzvü seçilib, "Azadlıq " blokunun vahid namizədi kimi 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak edib. Məlahət Mürşüdlü Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının yaradıcılarından biri, 2015-ci ildən Hərəkatın İdarə Heyətinin üzvü idi.

11
Teqlər:
Məlahət Mürşüdlü, "Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0