Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir ölü, üç ağır yaralı - Pirallahıda yol qəzası

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
“Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir

BAKI, 26 aprel – Sputnik. Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Сгоревший автомобиль - Sputnik Azərbaycan
HADİSƏ
Kürdəmirdə dəhşətli ölüm: Sürücü maşının içində yandı

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir k, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Qəza zamanı eləcə də "Ford"un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində "Ford"un sürücüsünün ayaqları sınıb.

Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.

Xəbər lenti
0