CərimƏ, arxiv şəkli

Karantin rejimini pozan usta haqda qərarı məhkəmə verdi

49
(Yenilənib 20:43 16.04.2020)
Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə edilib.

BAKI, 16 aprel — Sputnik. Səbail rayonunda karantin qaydalarını pozan avtomobil təmiri ustası məhkəmənin qərarı ilə cərimə edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi ərazisində avtomobil təmiri sexində karantin qaydalarının pozulduğu məlum olub.

Polis əməkdaşları tərəfindən həmin sexdə işləyən paytaxt sakini Fəqan Məmmədov Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan şəxs barəsində məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə edilib.

49
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Əlaqədar
Bakıda bələdiyyə sədri vəzifəsini 13 min manata satdı - VİDEO
Karantin rejimi uzadılacaq - Prezidentin köməkçisi
Koronavirusa yoluxan daha çox qadınlardır – TƏBİB rəsmisi
Bəlkə də ehsana bu qədər yazılmayacaqdılar...
Yük daşıyanların da "bazarı bağlandı"
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

0
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0
Hirkan Milli Parkında yanğın

Yanğını ram etmək çox çətindir: Hirkandan VİDEOgörüntülər

6
(Yenilənib 18:11 16.01.2021)
Yanğınla mübarizəyə FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi də cəlb olunub, bəzi yerlərdə yanğınsöndürənlər kürəklə işləyirlər

BAKI, 16 yanvar - Sputnik. Astara rayonu ərazisində, Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.

6