CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sel suları qaz xətlərinə zərər yetirib

© pixabay / Hans BraxmeierDaşqın
Daşqın - Sputnik Azərbaycan
Abunə olmaq
Quba rayonunda Nügədi kəndi yaxınlığında, Qudyal çayın üzərindəki 273 mm diametrində sel sularının yuyaraq zədələdiyi qaz xəttinin çay keçidi əvvəlki formasına qaytarılıb.

BAKI, 27 mart — Sputnik. Respublikamızın bir neçə rayonunun ərazisindən keçən çaylarda daş karxanalarının genişlənən fəaliyyəti sel suları gələrkən həmin çaylardan keçən qaz xətlərinə də zərər yetirir. Belə ki, çayın divarları, məcrası yuyulduqca qaz kəmərlərini saxlayan dirəklər çılpaqlaşır, dayanıqlığını itirir və demək olar ki, üzdə qalır. Nəticədə, güclü sel suları qarşısında tab gətirməyərək dirəklər aşır, qaz kəmərləri yararsız hala düşür. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi belə yerlərdə bərpa işlərinə başlayıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu günlərdə Quba rayonunda Nügədi kəndi yaxınlığında, Qudyal çayın üzərindəki 273 mm diametrində sel sularının yuyaraq zədələdiyi qaz xəttinin çay keçidi əvvəlki formasına qaytarılıb. Bundan başqa, Zərdab rayonu ərazisində, Qarasu çayı üzərindən keçən 273 mm diametrində qaz xəttinin çay keçidinin yenilənməsi də planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə də bu səpkili işlər aparılıb. Masallı rayonu Boladi çayı üzərindən keçən 219 mm diametrində qaz xəttinin çay keçidi təmir edilib.

“Azəriqaz” İstehsalat Birliyi ölkəmizin qaz kəmərləri keçən çaylarında işləyən daş karxanalarının sahiblərindən xahiş edir ki, diqqətli olsunlar, qaz kəmərləri üçün təhlükəli qəza şəraitinin yaranmasına yol verməsinlər.

Xəbər lenti
0