Yanan maşın

Ucarda uşaq dəhşətli əzablar içində can verdi

48
(Yenilənib 18:22 24.03.2020)
Kəndə qonaq gələn 1971-ci il təvəllüdlü Qadir Qoca oğlu Hacıyevə məxsus "VAZ-2106" minik avtomobili həyətdə dayandığı yerdə anidən alışaraq yanıb

BAKI, 24 mart — Sputnik. Ucar rayonunda 4 yaşlı uşaq maşında yanaraq ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Təzə Şilyan kəndində baş verib. Kəndə qonaq gələn 1971-ci il təvəllüdlü Qadir Qoca oğlu Hacıyevə məxsus "VAZ-2106" minik avtomobili həyətdə dayandığı yerdə anidən alışaraq yanıb.

Hadisə zamanı maşında olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq ölüb.Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Fakt araşdırılıb.

48