Yol, arxiv şəkli

Bayram gecəsi Azərbaycanda film kimi olay: qanı axa-axa Qaradağadək sürdü

55
(Yenilənib 11:41 23.03.2020)
Rüfət Zaitov sağ ayağından, İsmayıl İsmayılov isə döş qəfəsindən güllə yarası almalarına baxmayaraq ərazidən avtomobillə qaçıblar

BAKI, 23 mart — Sputnik. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında, habelə polis əməkdaşına müqavimət göstərməkdə şübhəli bilinən şəxslər tutularaq məsuliyyətə cəlb olunublar.

Sputnik Azərbaycan Baş Prokurorluq və DİN-in birgə məlumatına istinadən bildirir ki, Bakı şəhər sakinləri Zaitov Rüfət Raufoviç, İsmayılov İsmayıl Mədət oğlu və qeyrilərinin mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlmələri ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Martın 21-də gecə saat 02 radələrində təşkil olunmuş əməliyyat tədbirində iştirak edən polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirib onlara özünü təqdim edib təslim olmalarını tələb edib.  Rüfət Zaitov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə polis əməkdaşına xəsarət yetirərək İsmayıl İsmayılovun idarə etdiyi avtomobillə uzaqlaşmağa cəhd edərkən ona qarşı xidməti silah tətbiq edilib. Nəticədə Rüfət Zaitov sağ ayağından, İsmayıl İsmayılov isə döş qəfəsindən güllə yarası almalarına baxmayaraq ərazidən avtomobillə qaçıblar.

Polis əməkdaşları onları paytaxtın Qaradağ rayonu ərazisində saxlayıblar.

Fakta görə 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi üzrə Rüfət Zaitov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İsmayıl İsmayılovun isə hazırda xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

55
Əlaqədar
Balakəndə quldur əmioğlular tutuldu
Polislərdən milyonluq əməliyyat
Bayram günündə dəhşətli qətl – Oğul atasını bıçaqlayıb öldürdü
Sərhəddə atəş açıldı – Ölkəmizə qanunsuz keçmək istəyən silahlılr zərərsizləşdirildi