PPX avtomobili, arxiv şəkli

Bayram günündə dəhşətli qətl Oğul atasını bıçaqlayıb öldürdü

50
(Yenilənib 14:14 20.03.2020)
Qətli törədən şəxsin ruhi xəstə olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKI, 20 mart — Sputnik. Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini atasını öldürüb. Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən şəxs rayon sakini, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğludur. Belə ki, o, yaşadığı evdə atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlunu mətbəx bıçağı ilə ürəyindən vuraraq öldürüb.

Namiq Mustafayevin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

50
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

4
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

4
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

4
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

4