Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstanbul məhkəməsi qərar verdi – Mübariz Mənsimov həbs edildi

© Photo : Facebook / Mubariz Mansimov"Palmali Holding"in rəhbəri Mübariz Mənsimov
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə yaşayan Azərbaycan əsilli iş adam Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilir.

BAKI, 17 mart – Sputnuk. Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.

Palmali Holdingin rəhbəri Mübariz Mənsimov  - Sputnik Azərbaycan
Mübariz Mənsimov Türkiyədə həbs olundu - KİV

Bu barədə Sputnik AzərbaycanHurriyet”-ə istinadən xəbər verir.

Məlumata əsasən İstanbul Məhkəməsi FETÖ işi ilə əlaqədar saxlanılan Mənsimov barədə həbs qərarı verib.

Mübariz Mənsimovla birgə saxlanılan Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.

Xatırladaq ki, Mübariz Mənsimov martın 15-də İstanbul Baş Prokurorluğunun qərarı ilə saxlanılmışdı. Saxlanıldıqdan sonra onun ofisində və yaşadığı evdə axtarış aparılmışdı.

Xəbər lenti
0