CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda 17 yaşlı oğlana yırtıcı heyvan hücum edib

© AFP 2023 / DANIEL GARCIAÇaqqal
Çaqqal - Sputnik Azərbaycan
Abunə olmaq
Seyidəhmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib və quduzluğa qarşı peyvənd olunub.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Oğuz rayonunda 17 yaşlı oğlana yırtıcı heyvan hücum edib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb. Kənd sakini, Murad Seyidəhmədov yaşadığı evin darvazasından küçəyə çıxarkən çaqqal ona qəfil hücum edib. Gənc oğlan özünü müdafiə etməyə çalışsa da, vəhşi heyvan M.Seyidəhmədovun sağ ayağının diz nahiyəsindən dişləyib.

M.Seyidəhmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib və quduzluğa qarşı peyvənd olunub. Kənd sakinlərinin sözlərinə əsasən çaqqal daha iki adama da hücum etmək istəyib və insanlar vəhşinin quduz olmasından ehtiyat edərək onu öldürüb və yandırıblar.

Hadisəylə əlaqədar kənd sahə baytarlıq məntəqəsindən bildirildi ki, insanların narahatlığa ehtiyac yoxdur, belə ki, kənddə olan heyvanlar quduzluğa qarşı peyvənd olunub. Ərazinin ətrafında olan vəhşi təbiətdəki canlıların da peyvəndlənməsi üçün 400 dozalıq peyvəndli qida hələ fevral ayından kəndətrafı meşəliklərə qoyulub.

Xəbər lenti
0