Qandal

Narkotik satan dəstə üzvləri saxlanılıblar

12
(Yenilənib 23:49 17.02.2020)
Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

BAKI, 18 fevral — Sputnik. Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri zamanı narkotiklərin satişı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş Rəşid və Cavid Beybutovlar, həmçinin narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.

Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə keçirilən baxış zamanı oradan şüşə balonda satış üçün saxlanılan çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

12