Qəza sığortası

Şəmkirdə baş vermiş ağır qəzada ölən şəxslərin kimliyi müəyyən edilib

29
“Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Daha bir neçə nəfər isə ağır bədən xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

BAKI, 16 fevral - Sputnik. Şəmkirdə baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub.

APA-nın məlumatına görə, bunlar 1987-ci il təvəllüdlü Həsənov Əli Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elməddin Mehbalı oğludur. Xəsarət alanların şəxsiyyəti hazırda dəqiqləşdirilir.

Məlumata görə, yol qəzası zamanı iki "Mercedes" markalı minik maşını toqquşub. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

29