CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftçalada yaşayış binası yanır, külək söndürməyə əngəl törədir - FOTO

© © REPORTNeftçalada hadisənin baş verdiyi ərazi
Neftçalada hadisənin baş verdiyi ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar

BAKI, 8 fevral — Sputnik. Neftçalada güclü yanğın başlayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, yanğın hadisəsi rayonun mərkəzində baş verib. H.Əliyev prospektində yerləşən 40 mənzilli binanın elektrik naqillərində baş verən qısaqapanma zamanı binanın dam örtü yanmağa başlayıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar. Bina sakinləri isə təxliyə ediliblər.

1/3
2/3
3/3
1/3
2/3
3/3

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə barədə məlumat yayıb. Nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.

Xəbər lenti
0