Bakı, arxiv şəkli

Paytaxtın mərkəzində baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıldı

27
(Yenilənib 23:03 07.02.2020)
“İçərişəhər” DTMQİ bu gün yaşayış evində baş vermiş və insanların xəsarət alması ilə nəticələnmiş partlayışla əlaqədar məlumat yayıb.

BAKI, 7 fevral - Sputnik. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışa dair məlumat yayıb.

İdarənin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məlumatda bildirilir ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məhsul şəxsləri dərhal hadisə yerinə gəlib hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar. Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur. 

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, müvafiq hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. 

Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hal-hazırda  təhlükə yoxdur".

27
Qandal, arxiv şəkli

Ölkədə müharibədir, üç qardaş isə...

69
Oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıb

BAKI, 31 oktyabr — Sputnik. Bakıda oğurluq edənlər ələ keçib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də rayon ərazisindəki kafelərin birindən televizor və tüner oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Z.Vəliyev, qardaşları N.Vəliyev və V.Vəliyev saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan ümumilikdə 300 manat pul, 600 manat dəyərində kosmetik əşyalar və 4000 manat dəyərində spirtli içki, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

69
Yerli sakinlər və rəsmilər İzmirdə zəlzələdən sonra sağ qalanları axtarırlar

Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir

21
Səhiyyə nazirinin sözlərinə əsasən, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub.

İzmirdə məktəblər bir həftəlik bağlanıb.

21
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusu Ermənistan ərazilərini atəşə tutmur, cavab tədbiri görür - MN

0
(Yenilənib 22:50 31.10.2020)
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

0
Teqlər:
Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu, Ermənistan, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi Əsgəran, Ağdərə və Xocavəndin bombalanması barədə
Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi
Müdafiə Nazirliyi Xocalıdakı Qarabulaq kəndi ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi