CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərkəzində dəhşət: Bacısının boğazını kəsib öldürdü

© Sputnik / Murad OrujovМужчина с ножом, иллюстративное фото
Мужчина с ножом, иллюстративное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sahib Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib

BAKI, 7 fevral — Sputnik. Bakıda qardaş bacısını qətlə yetirib.

Sputnik Azırbaycan-ın xəbərinə görə, hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti
0