Xəstəxana, arxiv şəkli

Gəncədə partlayış olub, yaralılar var

21
(Yenilənib 10:52 02.02.2020)
Xəsarət alanlara dərhal lazımi tibbi yardım göstərilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir

BAKI, 2 fevral — Sputnik. Gəncədə evdə partlayış olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib. Faktla bağlı araşdırma aparılır.

21
Нож, фото из архива

Çox sərt karantin: Sumqayıtda kütləvi davada gəncləri bıçaqlayıb öldürdülər

80
(Yenilənib 23:54 06.06.2020)
Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır

BAKI, 6 iyun — Sputnik. Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub. Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır. 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.

Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.

Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

80
Əlaqədar
Bakıda gözəllik salonunda qətl: yenə baş rolda qısqanclıq...
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb
Arvadını öldürməyə cəhd edən şəxsi prokurorluq cinayət məsuliyyətinə cəlb etdi
Yeyib-içmək məclisi ölümlə bitdi: Gəncədə qətl törədilib
Bərdədə bıçaqlanan icra başçısının keçmiş müavini imiş
Balakəndə yabanı halda bitən çətənə kolları

Balakən yenə öz ampluasında: onun təbiəti Cənubi Amerikanı keçməyi hədəfləyib

25
(Yenilənib 19:24 06.06.2020)
Başqa şəhərlərimizdə polis əməkdaşları karantin qaydalarını pozanlarla mübarizəylə məşğuldurlar, balakənlilərin isə ayrı dərdi var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  6 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

© AR Ministry of Internal Affairs
Balakəndə çətənə kollarının yandırılması

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

25
Əlaqədar
İt döyüşdürənin üzərindən narkotik çıxdı
Beşmərtəli evin altıncı mərtəbəsi və ya Pedronun arzuları
Kreativlik nümayiş etdirmiş Balakən sakini saxlanıldı
Qardaş "hədiyyəsi" belə ağır olmamalı idi - FOTO
Bakıda ata dilənmək istəməyən oğlunu bıçaqlayıb
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO