Təcili tibbi yardım

Dəm qazı 17 yaşlı məktəblinin həyatına son qoydu

52
Rövşən Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  23 yanvar— Sputnik. Bu gün axşam saatlarında Qax rayonun Qaxbaş kəndində hadisə baş verib. Kənd sakini, 17 yaşlı Rövşən Kamran oğlu Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Mərhumun meyidi müayinə olunmaq üçün məhkəmə tibb ekspertizasına verilib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

52
Aşmış ağac

Yevlaxda qovaq ağacı aşdı, obyektler ziyan gördü - FOTO

8
(Yenilənib 11:34 13.04.2021)
Yevlax sakini: “Uşaqlar nəhəng ağac aşmazdan bir neçə dəqiqə əvvəl evə girmişdilər, çox şükür ki, salamat qurtulduq”.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Yağış yağmadı, tufan olmadı, nəhəng ağac nərilti ilə iki hissəyə ayrılıb böyük ərazini əhatə edən yerə aşdı. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlaxın Yuxarı Salamabad kəndində baş verib. Təxminən 60-70 il öncə əkilən qovaq ağacı qəfildən aşaraq 4 kənd sakini - Rza Rüstəmov, Yazgül Baxışova, Elşən İlyasov, Məhəmməd Məmmədovun obyektlərini yararsız hala salıb. Ağacın iri budaqları dam örtüklərini, satışda olan malları sıradan çıxarıb.

Yuxarı Salamabad kənd sakini Ağca Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, həyətində olan ağac aşan zaman qorxub, həyəcan keçirib: “Bir anlıq düşündüm ki, evin üzərinə aşacaq. Həm də orada uşaqlar oynayırdılar, qorxdum ki, onlara xəsarət yetirər. Əvvəlcə bərk səs gəldi, bir tərəfi aşdı, qışqırdım, qonşuları çağırdım. Sonra gördüm ki, ağac iki hissəyə bölünərək aşıb. Çox şükür ki, evimizin üzərinə aşmadı, bəlkə də külək olsaydı, istiqamətini dəyişərdi. Həyətdə olan su kranını, su mühərrikini zədələyib. Tövlənin üstünə düşüb, dam örtüyünü sındırıb. Sevinirəm ki, xəsarət alan olmadı, evimizi dağıltmadı”.

  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Aşmış ağac
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Aşmış ağac

Sakinlər iddia edirlər ki, aşan qovaq ağacının 60-70 il yaşı olar. Ağac içərisindən çürüdüyündən qəfildən iki yerə ayrılıb və sakinlərə zərər vurub.

Kənd sakini Seymur Cəfərov bildirib ki, ağac aşan zaman xəsarət alan olmasa da, sahibkarlara xeyli ziyan dəyib: “Günortadan keçmişdi, bərk səs eşidildi. Bir də gördük ki, nəhəng qovaq ağacı aşdı. Yaxınlıqda olan 4 sahibkara ciddi ziyan dəyib. Əsasən dam örtükləridir, bir obyektin də divarını zədəliyib. Çox şükür ki, xəsarət alan olmadı. Ağacın budaqları çox qalın və ağırdır, ona görə düşdüyü yeri dağıdıb. Onu da qeyd edim ki, bir il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacın budaqlarının kəsilməsi barədə sərəncam verilib".

Qovaq digər ağaclara nisbətən o qədər də möhkəmliyi ilə seçilmir. Ağac böyüdükcə müəyyən hissələrində çürümə gedir və onun məhvinə səbəb olur.

8

Yasamal rayonunda avtomobilə atəş açılıb

665
İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

BAKI, 12 aprel - Sputnik. Bakının Yasamal rayonunda silahlı insident baş verib.

APA xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

665
Ukrayna hərbçisi , arxiv şəkli

Stoltenberq: "NATO Ukraynanın tərəfindədir"

0
(Yenilənib 16:42 13.04.2021)
"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik".

BAKI, 13 aprel — Sputnik. NATO Ukraynanın tərəfindədir, müttəfiqlər Ukraynanın özünün təhlükəsizliyini təmin etməsi üçün dəstək göstərirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır. Biz Krımın qanunsuz anneksiyasını tanımırıq, tanımayacağıq. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyi dayandırmağa, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - deyə Stoltenberq bildirib.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yalnız alyansın 30 üzvü və Kiyev həll etməlidir, Rusiya buna qarışmamalıdır:

"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik. İslahatlar sonrakı Avroatlantik inteqrasiya üçün ən yaxşı vasitədir".

Stoltenberq vurğulayıb ki, Rusiya təhlükəsizlik sahəsində digər ölkələrin əvəzinə qərar verə bilməz və bu, NATO-ya üzvlük məsələsinə də aiddir.

0