CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahalı telefonun izi ilə: soyğunçular ələ keçdilər - FOTO

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zərərçəkənin valideyni metronun "Azadlıq" stansiyasının yaxınlığında övladının 780 manatlıq "Samsung" markalı mobil telefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib

BAKI, 18 yanvar — Sputnik. Binəqədi rayonunda soyğunçuluqla məşğul olan yetkinlik yaşına çatmayanlardan ibarət dəstə üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxs Kamran Mirzəzadə
Bahalı telefonun izi ilə: soyğunçular ələ keçdilər - FOTO - Sputnik Azərbaycan
Saxlanılan şəxs Kamran Mirzəzadə

Zərərçəkənin valideyni metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında övladının 780 manatlıq "Samsung" markalı mobil telefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib. Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının "isti" izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən - əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onunla birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulub.

Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf edib. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər. Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti
0