Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda məktəbliləri aparan avtomobil qəzaya düşdü - Yaralılar var

© Photo : REPORTGəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb
Gəncəyə hərbi hissəyə gedən mikroavtobus qəzaya uğrayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdlər 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb

BAKI, 17 yanvar — Sputnik. Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.

ДТП на въезде в город Ширван - Sputnik Azərbaycan
HADİSƏ
Şirvanda dəhşətli qəza olub, ölənlər var

107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri-2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0