Qandal, arxiv şəkli

Gəncə polisi “Ramoş” “Saşa”nı tutdu

39
(Yenilənib 13:27 08.01.2020)
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 8 yanvar — Sputnik. Gəncə sakinindən silah-sursat aşkarlanaraq götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd "Makarov" tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.

Qeyd edək ki, B.Səmədov kriminal aləmdə "Ramoş" ləqəbi ilə tanınır.

Məlumata görə, onunla əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb.

Belə ki, Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

39
Qaz kəmərində partlayış, arxiv şəkli

Partlayış baş verən qaz kəməri ilə bağlı SOCAR-dan açıqlama gəldi

70
"Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir".

BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib:

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qazalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

70
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi Hacıqabuldakı yanğınla bağlı məlumat yaydı

39
İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub.

BAKI, 7 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb. 

Bununla bağlı Nazirliyin rəsmi saytında məlumat dərc edilib:

“İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək”.

39