Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yalnız kinolarda gördüyümüz hadisə real həyatda baş verdi – VİDEO

© Sputnik / Andrey Popov / Mediabanka keçidÇelyabinsk muzeyində meteorit
Çelyabinsk muzeyində meteorit - Sputnik Azərbaycan
Abunə olmaq
Muzeydə deyiblər ki, şüşə örtük bir müddət eksponat konstruksiyasından təxminən 10 santimetr yüksəklikdə havada süzüb.

BAKI, 18 dekabr — Sputnik. Rusiyadakı Cənubi Ural Tarix Muzeyində tükləri biz-biz edən müəmmalı bir hadisə baş verib.

Sputnik Azərbaycan muzeyin rəsmi "VKontakte" səhifəsinə istinadən xəbər verir ki, dekabrın 14-də, yerli vaxtla saat təxminən 15:25-də muzeydə saxlanılan Çelyabinsk meteoritinin qoruyucu şüşə örtüyü öz-özünə havaya qalxıb.

Muzey "VKontakte" səhifəsində hadisənin videogörüntülərini də paylaşıb. Müşahidə kameraları vasitəsilə çəkilmiş videogörüntülərdə ziyarətçilərin muzeydə eksponatlara, o cümlədən meteoritə baxdığını görmək olar. Bu vaxt meteoritin üzərindəki qoruyucu şüşə öz-özünə havaya qalxır.

"Biz mistikaya inanmırıq, lakin yadımızdadır ki, bu yaxınlarda Çelyabinsk meteoritinin əkizi Yerin yanından uçub, özünüz nə istəyirsiniz fikirləşin...", - videogörüntülərə əlavə edilmiş şərhdə deyilir.

Muzeydə deyiblər ki, şüşə örtük bir müddət eksponat konstruksiyasından təxminən 10 santimetr yüksəklikdə havada süzüb.

Xatırladaq ki, Çelyabinsk meteoriti 2013-cü il fevralın 15-də Çebarkul gölünə düşüb. Meteorit düşərkən Çelyabinsk vilayəti və yaxındakı regionların əhalisi göydə alovun və partlayışın şahidi olublar. Meteoritin fraqmentləri Çebarkulun ətrafında tapılıb, lakin 600 kiloqram çəkisi olan ən böyük fraqment gölün dibindən çıxarılıb.

Bir qədər əvvəl Cənubi Ural Tarix Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Yuri Boqatenkov "RİA Novosti"-yə deyib ki, hadisə dekabrın 14-də muzeydə ziyarətçilər olarkən gözlənilmədən baş verib. Boqatenkov qeyd edib ki, bu müəmmalı hadisəni izah etmək mümkün deyil və həmin vaxt heç bir texniki nasazlıq müşahidə olunmayıb. O, həmçinin deyib ki, meteorit hadisə zamanı zədə görməyib və digər eksponatlar kimi, o da öz yerindədir.

Xəbər lenti
0