Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda təcili yardım maşını qəzaya düşdü

© Sputnik / Nigar IskanderovaBərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili
Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
TTTYX-yə məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb

BAKI, 15 dekabr — Sputnik. Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.

Xəbər lenti
0