Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtın köhnə bazarlarından birindəki yanğın barədə yeni xəbər var - VİDEO

© Sputnik / Irade JELIL"Eurohome" tikinti bazarında yanğın
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb

BAKI, 14 dekabr - Sputnik. Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Əlavə məlumat veriləcək.

"Bir qədər əvvəl Nəsimi rayonu "3-cü mikrorayon bazarı" yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb".

Bu barədə isə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bununla yanaşı hazırda dairədəki körpünün üzərində Ziya Bünyadov istiqamətində tıxac müşahidə olunur: "Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətdə hərəkət etməmələrini xahiş edirik. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir". 

Xəbər lenti
0