ANAMA əməkdaşları Saloğlu kəndindən 7 kəndə və həmçinin Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsinə gedən yolun kənarında xeyli sayda partlamamış hərbi sursat aşkar ediblər

Yeddi yaşayış məntəqəsinə gedən qonşu dövlətlə sərhədə aparan yol azad edilib

1225
(Yenilənib 23:02 14.12.2019)
ANAMA əməkdaşları Ağstafa ərazisində apardıqları işlə onlarla, bəlkə də yüzlərlə insanın həyatını xilas ediblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr - Sputnik. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci ildə yaradılıb. Ağstafada isə agentlik 16 ildir fəaliyyət göstərir. Saloğlu kəndindəki 1991-ci ildə partlamış keçmiş SSRİ-dəki Qafqazdakı ən böyük silah-sursat bazasının ərazisində fəaliyyət göstərən mərkəz indiyədək ətraf rayonlar daxil 81 mln. 500 min kvadrat metrdən çox ərazini minalardan və partlamamış hərbi sursatdan təmizləyib. Bu günlərdə isə ANAMA Saloğlu kəndindən 7 kəndə və həmçinin Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsinə gedən yolun hər iki tərəfini kol-kosdan təmizləyərək xeyli sayda partlamamış hərbi sursat aşkara çıxarıb.

© Sputnik / Ilham Mustafa
ANAMA əməkdaşları Saloğlu kəndində

Mərkəzin əməliyyat meneceri Mədəd Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında yolun 2 kilometrədək hissəsində işlərin davam etdiyini bildirib:

“1991-ci ildə silah-sursat bazasının partlaması nəticəsində bu əraziyə çox sayda partlamamış hərbi sursat səpilib. Uzun müddət baxımsız vəziyyətdə qalan ərazini kol-kos basmışdı. Hazırda kol-kos təmizlənərək minaarın və partlamamış hərbi sursatın axtarışlarını aparırıq. Təmizləmə işləri zamanı 32 ədəd partlamamış hərbi sursat aşkarlamışıq. Hazırda işlərimiz davam edir” - o məlumat verib.

© Sputnik / Ilham Mustafa
ANAMA əməkdaşları Saloğlu kəndində

Məmmədov yolun kənarlarından yaşayış məntəqələrini  su ilə təmin edən borular olduğundan təmizləmə zamanı xüsusi “Ferex-4” maqnetilokatr  aparıtından istifadə etdiklərini bildirib:

“Cihaz 4 sensorludur və bu aparat dəmirdən olan istənilən boru xətlərinin yaxınlığında hər hansı bir partladıcı maddəni aşkar edə bilir. Onunla əvvəl ərazi skan edilir. Sonra kompüterdə siqnallar araşdırılaraq hərbi sursat aşkara çıxarılır. “Ferex-4” 6 metr dərinlikdə olan metal hissələri aşkar etmək qabliyyətinə malikdir” - menecer söhbətə davam edib.

© Sputnik / Ilham Mustafa
ANAMA əməkdaşları Saloğlu kəndində

ANAMA əməkdaşı tapılan sursatların bir çoxunun döyüş vəziyyətində olması səbəbindən yerində zərərsizləşdirildiyini söyləyib.

“Buradan tapılan sursatların bir çoxu partladıcısı qoşulmuş haldadır. Bu o deməkdir ki, tapılan sursatlar döyüş vəziyyətindədir. Belə sursatlar daşınmada silnkələnmədən, əl ilə ehtiyatsız təmasdan partlaya bilər. O səbəbdən biz bu sursatları elə tapıldığı ərazidə məhv etmək qərarına gəldik” - deyə o, bildirib.

  • ANAMA əməkdaşları Saloğlu kəndində
    © Sputnik / Ilham Mustafa
  • ANAMA əməkdaşları Saloğlu kəndində
    © Sputnik / Ilham Mustafa
  • ANAMA əməkdaşları Saloğlu kəndində
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
ANAMA əməkdaşları Saloğlu kəndində

Təmizlənməsi nəzərdə tutulan ərazi 78 min kvadrat metr ərazini əhatə edir. İşlərin bitməsindən sonra əraziyə yeni ağaclar əkilməsi planlaşdırılır.

1225

Göyçaylı xəstəni polis küçədə tutdu

5
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

5
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
PPX

Bakıda koronavirus xəstəsi işindən oldu

27
(Yenilənib 17:47 03.12.2020)
Rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb

BAKI, 3 dekabr — Sputnik. Bakıda ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

27
Teqlər:
patrul, Bakı, xəstə, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

0
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0