Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğrular "Torqovıda" ələ keçdilər

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalar zamanı onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Y.Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib

BAKI, 13 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi dünən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

Бакинская полиция раскрыла дело о хищении домофонов и систем сигнализации со склада одной из частных компаний - Sputnik Azərbaycan
HADİSƏ
Yasamalda oğru dəstəsi tutuldu - FOTO

DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalar zamanı onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Y.Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0