CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanğında xəsarət alanların sayı artdı, bir nəfərin əli kəsilib

© © Ministry of Emergency Situations of Azerbaijan Republic"Eurohome" tikinti bazarında yanğın
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub

BAKI, 10 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yerləşən tikinti bazarında yanğın baş verib. Sputnik Azərbaycan bildirir ki, "Eurohome" tikinti bazarında səhər saatlarından etibarən güclü yanğın başlayıb. Ətrafı qatı tüstü bürüyüb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub. Saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Xəbər lenti
0