Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hövsan yolunda ağır qəza oldu, piyada yerində keçindi

© Sputnik / Irade JELILQəza baş verən ərazidə təcili tibbi yardım avtomobili
Qəza baş verən ərazidə təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın Suraxanı rayonunda yolu keçmək istəyən 50-55 yaşlarında naməlum şəxs yol qəzasının qurbanına çevrilib.

BAKI, 7 dekabr - Sputnik. Bakının Suraxanı rayonunun ərazisində, Zığ-Hövsan yolundakı "Qum adası" deyilən ərazidə ağır yol-nəqliyyat qəzası baş verib.

Saat 19:30-da Hövsan istiqamətində hərəkət edən 90 MK 572 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobus yolu keçmək istəyən 50-55 yaşlı naməlum şəxsi vurub.

Hadisə şahidlərinin Sputnik Azərbaycan-a bildirdiyinə görə, piyada aldığı zərbədən hadisə yerində keçinib.

Qəzanı törədən "Mercedes Vito" 28 May - Hövsan marşrutu ilə işləyən "manatlıq taksi" olub.

Xəbər lenti
0