Fövqəladə Hallar Nazirliyinin avtomobili, arxiv şəkli

Suraxanı rayonunda daha bir yanğın

5
(Yenilənib 11:32 02.12.2019)
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.

BAKI, 2 dekabr — Sputnik. Bakıda evdə baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirib ki, hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.

Məlumata görə, Fərhad Hüseynova məxsus binanın 2-ci mərtəbəsində yerləşən ev 7 ünvanda Şəmkir rayon sakini, 1980-cı il təvəllüdlü Arzu Babayeva övladları - 2005-ci il təvəllüdlü Bayramzadə Xəyal Rauf oğlu və 2007-ci il təvəllüdlü Bayramzadə Ramal Rauf oğlu ilə birlikdə 3-4 aydır kirayədə yaşayıb.

Həmin ailənin işıq sərfiyyatına borcu olduğu üçün təxminən 2 gün əvvəl işıq idarəsinin əməkdaşı tərəfindən elektrik naqili sayğacdan ayrılıb.

A.Babayevanın əri Rauf Bayramov isə Rusiya Federasiyasında ticarətlə məşğul olur və hazırda orada yaşayır.

Qeyd edilb ki, noyabrın 29-da saat 16 radələrində A.Babayeva övladlarını evdə tək qoyaraq rəfiqəsigilə gedib, hava qarlandan sonra oğlu X.Babayev yaxınlıqda yerləşən marketdən şam alaraq evə qayıdıb. O, şamı yatdıqları çarpayının yanına qoyub. Onları yuxu tutduqdan sonra səhərə yaxın şamın odu mələfəyə keçib, nəticədə yanğın baş verib.

Daha sonra qonşular FHN -ə yanğınla bağlı məlumat verib və yanğınsöndürmə əməkdaşları hadisə yerinə gəlib. Saat 05:40 radələrində yanğın tam söndürülüb.

Xəyal və Ramal Bayramzadələr isə orta ağır dərəcəli zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Mərkəzi Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, yanğın və təhlükəsizlik texnikası ekspertizası təyin edilib, izahatlar alınıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.

5
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0