Ağır qəza, arxiv şəkli

Şəmkirdə dəhşətli qəza: Beş nəfər yerindəcə öldü

51
(Yenilənib 22:42 01.12.2019)
Qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb

BAKI, 1 dekabr – Sputnik. Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza, arxiv şəkli
© AFP 2019 / YANN SCHREIBER

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

Qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb. 

Ölənlər Əliyeva Həyat Rəşad qızı, Orucov Vüqar Bayram oğlu, Orucov Dilqəm Bayram oğlu, Orucova Rəsmiyyə Nürəddin qızı və Orucova Nübar Dilqəm qızıdır.

Faktla bağlı araşdırma aparılır.

51