Yaşayış binasının tikintisi, arxiv şəkli

Bakıda kran yandı, binalar mühafizə edildi

11
(Yenilənib 11:50 01.12.2019)
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, kranın qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub

BAKI, 1 dekabr – Sputnik. Bakı şəhərinin Yasamal rayonunda "KB-405" markalı birqülləli kranın kabinə hissəsi yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kranın qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11