Əlində bıçaq olan kişi

Paytaxtda dəhşətli qətl törədildi

42
(Yenilənib 22:25 29.11.2019)
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 30 noyabr — Sputnik. Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-a bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən "Bilyard" çay evinin qarşısında olub.

Belə ki, 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub. Qadın aldığı bıçaq zərbələri nəticəsində ölüb.S.Məmmədov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

42